Yan
2016
12:57
260
30
11137
Virtual karabakh

Pakistan prezidenti: Azərbaycan JF-17 Thunder qırıcıları alacaq – VİDEO

Məmnun Hüseyn Bakıya səfərinin yekunlarına dair hesabat verib.

Prezident Məmnun Hüseyn Azərbaycan və Nigeriyanın Pakistanın hərbi istehsalında, o cümlədən də modernləşdirilmiş JF-17 qırıcılarına maraqlı olduğunu bildirib. 

“Azərbaycan və Nigeriya tezliklə Pakistan məmulatlarının alıcısı olacaq, - prezident bunu Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Oxu.Az bu barədə Pakistan KİV-nə istinadən xəbər verir.

O, Nigeriyanın Pakistanın hərbi istehsalat məmulatlarını, o cümlədən də JF-17 Thunder və Mashaq təyyarələrini almaqda maraqlı olduğunu bildirib. 

Bu yaxınlarda Azərbaycana səfərinə istinad edərək, prezident iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etdiyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri