22 
Apr
2016
13:22
245
109
17046
Virtual karabakh

Lavrov Yerevanda danışıqlara başladı – YENİLƏNİB

22 Apr, 2016
13:22
17046

Lavrov Yerevanda danışıqlara başladı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlimizdən gələni etməyə hazırıq”.

Hesab edirəm ki, Türkiyə rəhbərliyinin səsləndirdiyi bəyanatlar sadə bir səbəbdən tamamilə qəbuledilməzdir – bu, sülhə deyil, müharibəyə çağırış idi, bu, münaqişənin hərbi güc yolu ilə həllinə çağırış idi.

Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqelərinə, dünya ictimaiyyətinin mövqelərinə kökündən ziddir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla Yerevanda keçirilən görüşündə bildirib.

Lavrovun sözlərinə görə, “təəssüf ki, biz, Türkiyənin hazırkı rəhbərliyinin bu cür hərəkətlərinə adət etmişik”.

12:53

Moskva atəşkəsin müddətsiz dayandırılması üzrə 1994-cü il və Dağlıq Qarabağ nizamlanması üzrə 1995-ci il tarixli müqavilələrə ciddi şəkildə əməl olunmasının lehinə çıxış edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla Yerevanda keçirilən görüşündə bildirib.

“Biz indi Dağlıq Qarabağ nizamlanmasında hansı dövrün olduğunu başa düşürük. Biz, şəxsən prezident Vladimir Putin zorakılığın dayandırılması üçün səylər göstərib”, - deyə o bildirib.

“İndi atəşkəs haqqında razılaşmalara ciddi şəkildə riayət etmək və müddətsiz atəşkəs rejiminin bəyan edildiyi 1994-cü və 1995-ci il sazişlərinin pozulmasına yol verməmək prinsipialdır”, - deyə nazir vurğulayıb.

Lavrovun sözlərinə görə, ATƏT-in xətti ilə əldə olunan etibar, gərginliyin azaldılması, snayperlərlə bağlı tədbirləri sona çatdırmaq lazımdır.

“Siyasi nizamlanmaya gəldikdə isə, biz əlimizdən gələni etməyə hazırıq. Zorakılıq və insidentlərə yol verməmək üçün hər bir şeyi etmək lazımdır”, - deyə o əlavə edib.

11:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu dəqiqələrdə Yerevanda erməni həmkarı Edvard Nalbandyanla danışıqlara başlayıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, görüş dar tərkibdə keçirilir, daha sonra nümayəndə heyətləri də görüşə qatılacaqlar.

Lavrov bu gün həmçinin erməni prezidenti Serj Sarkisyanla görüşəcək.

Yerevana səfərin mərkəzi mövzulardan biri Dağlıq Qarabağ nizamlanmasıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri