23 
Dek
2016
18:17
309
29
10323
Virtual karabakh

HHM raketləri işə saldı - FOTO

23 Dek, 2016
18:17
10323

HHM raketləri işə saldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir. 

Bu barədə Oxu.Az - a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilən bir neçə “S-125” zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri