23 
Dek
2016
18:50
431
66
12317
Virtual karabakh

Polkovnik: Ermənistan “İldırım”dan vahiməyə düşüb

23 Dek, 2016
18:50
12317

Polkovnik: Ermənistan “İldırım”dan vahiməyə düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, “İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, adətən istənilən məlumata şərh verən erməni ekspert-mütəxəssisləri bu dəfə iflic vəziyyətinə düşüblər: “Artıq ikinci gündür ki, onların susqunluğu davam edir. Düşmən tərəfinin əldə etdiyi “İsgəndər”lərə Azərbaycanın “İldırım”la cavabı özünü çox gözlətmədi. Maraqlıdır, qısa müddət “İsgəndər”lərlə öyünən erməni rəhbərliyi indi öz xalqının başını yenidən hansı “oyuncaqla” aldatmağa başlayacaq?”

Ş. Ramaldanov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi siyasətin nəticəsi olaraq uğurlu ordu quruculuğu, dövlətimizin iqtisadi imkanları, təbii resursların bolluğu, demoqrafik üstünlük və digər amillər Ermənistanın Azərbaycanla ayaqlaşa bilməməsinə əyani sübutdur: “Azərbaycanın hava məkanının eşalonlaşdırılmış mühafizəsi, hələ bundan sonra ordumuzun silahlanmasına qəbul ediləcək silahlar Ermənistan üçün sürpriz olacaq və düşmənin vahimə içində qalması şübhəsizdir. Onların başına yağdırılacaq raketlərimizi nə ilə zərərsizləşdirəcəklər? Bu böyük sual doğurur!”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri