26 
Dek
2016
22:31
640
27
17653
Virtual karabakh

İraqda Mübariz İbrahimovun adına yaşayış sahəsindən – FOTOLAR

26 Dek, 2016
22:31
17653

İraqda Mübariz İbrahimovun adına yaşayış sahəsindən – FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, İraqda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun adına müvəqqəti yaşayış sahəsi yaradılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu ölkənin Kərbəla şəhərində salınmış yaşayış sahəsinin girişində Milli Qəhrəmanın portreti asılıb və şəklin altında Azərbaycan dilində və latın əlifbasında onun adı, soyadı yazılıb.

Hasarla əhatəyə alınmış ərazi bir neçə hektardan ibarətdir. Burada Azərbaycandan İraqa gələn qonaqların, o cümlədən soydaşlarımızın müvəqqəti dincəlmələrii, gecələmələrii üçün hər cür şərait yaradılıb.

Hələlik 80-90 çadırın qurulduğu yaşayış sahəsində yeməkxana, mətbəx, dəstnamazxana, hətta idman meydançası fəaliyyət göstərir. Qeyd edək ki, ötən ay məhərrəmlik mərasimləri ilə burada müvəqqəti çadırlar qurulub və mərasimlə əlaqədar şəhərə gəlmiş soydaşlarımız çadırlarda qalıblar.

Xatırladaq ki, Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimov 2010-cu ilin 18 iyununda döyüş növbəsini yerinə yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirərək və düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olub. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri