Mar
2017
16:13
561
25
5176
Virtual karabakh

Azərbaycan daha iki növ pilotsuz uçuş aparatı istehsal edəcək

6 Mar, 2017
16:13
5176

Azərbaycan daha iki növ pilotsuz uçuş aparatı istehsal edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

“Artıq müəssisələrdə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1100-ə çatıb.

2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ Orbiter tipli Pilotsuz Uçuş Aparatlarını və s. göstərmək olar”, - deyə hesabatda qeyd olunur. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri