Mar
2017
14:08
374
31
4879
Virtual karabakh

Uorlik: Status-kvo müharibə təhlükəsi ehtimalını artırır

8 Mar, 2017
14:08
4879

Uorlik: Status-kvo müharibə təhlükəsi ehtimalını artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsindəki status-kvo qeyri-sabitdir və müharibə təhlükəsi ehtimalını artırır. 

Oxu.Az-ın xəbərinə görə, bu sözləri “Amerikanın səsi” nəşrinin erməni xidmətinə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.

“Status-kvo qeyri-sabitdir, o müharibə təhlükəsi ehtimalını daha da artırır, sülh isə regionda hər şeyi dəyişəcək”, - Uorlik qeyd edib.

Onun sözlərinə görə, regionun əhalisi sülhə layiqdir.

“Hər iki prezident irəliyə hərəkət etmək üçün hazır olmalıdır. Onların hər ikisi sülh barədə qərar verməlidirlər... Vaxt çatıb, əgər indi sülh olmayacaqsa, nə vaxt olacaq?”, - keçmiş həmsədr bildirib.

Uorlik qeyd edib ki, ərazilərin Azərbaycana qaytarılmasının müzakirəsi artıq başlamalıdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri