Mar
2017
19:10
311
40
2482
Virtual karabakh

Azərbaycan və Britaniya hərbi sahədə əməkdaşlıq edəcək

9 Mar, 2017
19:10
2482

Azərbaycan və Britaniya hərbi sahədə əməkdaşlıq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri