15 
Mar
2017
23:10
418
28
6261
Virtual karabakh

Aprel şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək

15 Mar, 2017
23:10
6261

Aprel şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə aprelin 17-dən 19-dək cüdo üzrə 21 yaşınadək oğlanlar və qızlar arasında klubların beynəlxalq komanda yarışı keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, turnirin təşkilat komitəsindən Azərtac-a bildiriblər ki, yarış ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr ediləcək.

Yarışda hər komandadan 7 idmançı, o cümlədən 5 oğlan və 2 qız iştirak edə bilər. Oğlanlar 60, 66, 73, 81 və 81 kiloqramdan yuxarı, qızlar isə 57 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. İlk üç yeri tutacaq komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri