14 
Apr
2017
16:46
347
14
4880
Virtual karabakh

MSN hərbi texnika və hərbi obyektləri məhv edəcək pilotsuz uçuş aparatı yaradır

14 Apr, 2017
16:46
4880

MSN hərbi texnika və hərbi obyektləri məhv edəcək pilotsuz uçuş aparatı yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaradılması Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik avtomatların, “F-1” tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Oxu.Az-ın xəbərinə görə, MSN-nin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib ki, hazırda ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək gücündə olan “Zərbə-KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.

Qeyd olunub ki, eyni zamanda, iki istiqaməti -  zirehli texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

N.О.

www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri