May
2017
17:27
466
81
16921
Virtual karabakh

Moskvada ermənilərlə azərbaycanlılar arasında dava düşüb – FOTO + VİDEO

9 May, 2017
17:27
16921

Moskvada ermənilərlə azərbaycanlılar arasında dava düşüb – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada “Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.

Oxu.Az İnteraz-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.

Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir. Həmyerlilərimizdən birinin xəsarətləri ağır olduğundan yaxınlıqdakı təcili tibbi yardım xidmətinə müraciət olunub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri