11 
May
2017
19:29
328
27
2658
Virtual karabakh

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əlaqələri genişləndirir

11 May, 2017
19:29
2658

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əlaqələri genişləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli formatda əməkdaşlıq haqqında Memorandum imzalamağa hazırlaşır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu məsələ İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə və Gürcüstan müdafiə nazirləri Fikri İşıq və Levan İzoriya arasındakı görüşdə müzakirə olunub. L. İzoriya sənədin mayın sonunda 3 ölkənin müdafiə nazirlərinin Batumidə keçiriləcək görüşündə imzalanacağını söyləyib. Memorandum müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

“Bizim Türkiyə müdafiə naziri ilə çox məhsuldar görüşümüz oldu. Biz on gün sonra Batumidə nazirlərin görüşünü keçirməyi planlaşdırırıq. Azərbaycanın müdafiə naziri də qatılacaq. Biz üçtərəfli əməkdaşlığımızın formatını müzakirə edəcəyik”, - deyə L.İzoriya bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri