11 
May
2017
22:03
521
78
16579
Virtual karabakh

Qarabağda irimiqyaslı müharibə başlaya bilər – HESABAT

11 May, 2017
22:03
16579

Qarabağda irimiqyaslı müharibə başlaya bilər – HESABAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərəflərin kompromisə getmək istəməməsi  və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında deyilir. Hesabatı agentliyin direktoru Daniel Kouts bu gün Konqresə təqdim edib.

“Azərbaycanla Ermənistan arasında separatçı “Dağlıq Qarabağ Respublikası”na görə gərginlik 2016-cı ilin aprelində yaranıb. Hər iki tərəfin kompromisə getmək niyyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır” - RİA Novosti agentliyin hesabatından sitat gətirir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri