19 
İyn
2017
14:17
9
110
2265
Virtual karabakh

Popov: Son bəyanatımız hər iki tərəfə ünvanlanmışdı

19 İyn, 2017
14:17
2265

Popov: Son bəyanatımız hər iki tərəfə ünvanlanmışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-nın Minsk qrupunun həmsədrləri cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə rusiyalı həmsədr İqor Popov bildirib.

Diplomat cəbhədəki son gərginliyi Azərbaycan prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib.

“Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik. Əlimizdən gələni etməliyik ki, oxşar hadisələr yenidən təkrarlanmasın. Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik”, - deyə diplomat bildirib.

Son bəyanatlarının hər iki tərəfə ünvanlandığını deyən rusiyalı həmsədrin sözlərinə görə, əsas ismarıc təmas xəttində gərginliyin azaldılmasına yönəlib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri