30 
İyn
2017
14:33
251
22
4371
Virtual karabakh

Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medalın təsis olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu medalın xüsusi əhəmiyyəti var.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə təklif kimi müzakirəyə çıxarılan layihəyə görə, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də, sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə səsə qoyularaq qəbul olunub. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri