İyl
2017
15:52
30
337
13949
Virtual karabakh

Ermənilər Goranboyu atəşə tutdu: Hədəf yaşayış məntəqələridir

7 İyl, 2017
15:52
13949

Ermənilər Goranboyu atəşə tutdu: Hədəf yaşayış məntəqələridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı, saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.

İtki və tələfat yoxdur.

Qeyd edək ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri