İyl
2017
17:17
495
19
15166
Virtual karabakh

Erməni separatçılarından itkilərlə bağlı ETİRAF

7 İyl, 2017
17:17
15166

Erməni separatçılarından itkilərlə bağlı ETİRAF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni separatçılarının “Müdafiə Nazirliyi” bildirir ki, üç hərbi qulluqçu qəlpə yarası alıb.

Oxu.Az-ın məlumatına əsasən, yaralanan düşmən hərbçiləri Qasparyan Robert Novruzoviç (1969), Arturyan Ambartsum Karapetoviç (1997), Badalyan Vaxe Qaqikoviçdir (1998).

Xatırladaq ki, bu gün Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətində qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpaolunmaz vəziyyətə salınıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri