İyl
2017
00:06
12
285
2354
Virtual karabakh

Klintseviç: Rusiya Qarabağdakı vəziyyətdən narahatdır

8 İyl, 2017
00:06
2354

Klintseviç: Rusiya Qarabağdakı vəziyyətdən narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hökuməti Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişənin gərginləşməsindən narahatdır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu cümə günü Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Frants Klintseviç deyib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Danışıqlar prosesinə heç bir alternativ yoxdur. Qarşılıqlı zərbələr heç nəyi həll etməyəcək, əksinə, problemi daha da dərinləşdirəcək. Ən başlıca vəzifə qısa müddətdə atəşkəsə nail olmaqdır”, - deyə o qeyd edib.

Senator Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun işini fəallaşdırmağa çağırıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri