10 
Avq
2017
14:16
156
35
6262
Virtual karabakh

Erməni ordusunda tüğyan edən özbaşınalıqdan bəhs edən animasiya hazırlandı – VİDEO

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb. 

Müəlliflər qeyd ediblər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin mütəmadi olaraq  yaratdıqları təxribatlar, erməni ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz oğlanlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin Ermənistandan miqrasiya etmələri əks olunub. 

Çarxda erməni hərbçisinin işğal edilmiş ərazidə Azərbaycana məxsus saatı qarət zamanı götürməsi və bu qarətin ona xoşbəxtlik əvəzinə ölüm bəxş etməsi nümayiş etdirilir.

Eyni zamanda, çarxda zəbt edilmiş ərazilərdə yerləşən bir sıra Azərbaycana məxsus tarixi abidələrin 3D qrafikalı animasiyaları hazırlanıb. 3D animasiyada həmçinin ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv edilməsi kadrları da yığılıb. 

Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.  

Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanıb. “Addım” Gənclərin İnkişaf Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə minnətdarlığını bildirir. 

E.Ə.
www.oxu.az