10 
Avq
2017
19:05
76
32
2346
Virtual karabakh

“Dəniz kuboku - 2017”nin qalibləri müəyyən olunub

Avqustun 10-da Azərbaycan HDQ-nin bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın HDQ-nin “G-124” gözətçi gəmisi və 

Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran HDQ-nin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

S.B.
www.oxu.az