Sen
2017
09:47
25
126
5643
Virtual karabakh

MN: Bu cür primitiv saxtakarlığı şərh etmirik

2 Sen, 2017
09:47
5643

MN: Bu cür primitiv saxtakarlığı şərh etmirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma “əhvalatlar”, yaxud “sənədlər” hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdardırlar. 

“Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər”, - deyə nazirlikdən bildiriblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri