29 
Sen
2017
01:28
20
146
1425
Virtual karabakh

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə fəal işləməyə davam edəcək

29 Sen, 2017
01:28
1425

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə fəal işləməyə davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer Minsk Qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyində bildiriblər.

Səfirlikdə qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərlə fəal işləməyə davam edəcək”, - səfirlikdə bildiriblər.

Səfirlikdə əlavə ediblər ki, ABŞ Minsk qrupu tərəfindən qəbul olunan siyasətə sadiqdir - münaqişənin ədalətli həlli beynəlxalq hüquq əsasında olmalıdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri