30 
Sen
2017
14:56
298
55
8256
Virtual karabakh

Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərdi

30 Sen, 2017
14:56
8256

Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib.

“7 ay idi ki, atamdan məktub almırdıq. Ona görə çox narahat idik. Nəhayət, dünən atamın məktubu bizə çatdı. Məktub qısa məzmunludur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Hamıya salam göndərib, hər şeyin qaydasında olduğunu, narahat olmamağımızı qeyd edib” - K. Əsgərov deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri