Okt
2017
09:41
43
214
1918
Virtual karabakh

Düşmən sentyabrda atəşkəsi 3802 dəfə pozdu

1 Okt, 2017
09:41
1918

Düşmən sentyabrda atəşkəsi 3802 dəfə pozdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3802 dəfə pozub.

Oxu.Az-ın APA-ya istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan, snayper tüfənglərindən və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Ağstafa və Göygöl rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Ötən ay bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri