Okt
2017
21:35
380
44
7224
Virtual karabakh

Zakir Həsənov Belarusun istehsal etdiyi döyüş texnikaları ilə tanış olub

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

Oxu.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.

www.oxu.az