10 
Okt
2017
19:40
317
40
4876
Virtual karabakh

Zakir Həsənov Belarusda hərbi texnika ilə tanış olub – FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq məlumat Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.

S.B.
www.oxu.az