Dek
2017
16:03
25
251
2345
Virtual karabakh

Ermənilər dinc sakinləri atəşə tutdular

8 Dek, 2017
16:03
2345

Ermənilər dinc sakinləri atəşə tutdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni silahlı bölmələri Ağdamın Orta Qərvənd kəndini atəşə tutublar.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub. Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.

Müdafiə Nazirliyi faktı təsdiqləyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri