12 
Dek
2017
16:22
266
46
2333
Virtual karabakh

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq

12 Dek, 2017
16:22
2333

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.

Oxu.Az-ın APA-ya isttinadla məlumatına görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Maddənin 15-ci bəndinə əsasən, Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri