12 
Dek
2017
17:19
345
29
8649
Virtual karabakh

Silahlı Qüvvələrin komandir heyəti sınağa çəkildi – FOTO

12 Dek, 2017
17:19
8649

Silahlı Qüvvələrin komandir heyəti sınağa çəkildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə yarışlar keçirilir.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Kəşfiyyat bölmələrinin divizion, eskadrilya və tabor komandirləri arasında keçirilən müsabiqədə iştirak edən şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb, həmçinin zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib.

Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri