15 
Dek
2017
10:04
31
459
7108
Virtual karabakh

Şəhid olan hərbi qulluqçu dəfn edildi

15 Dek, 2017
10:04
7108

Şəhid olan hərbi qulluqçu dəfn edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində 19 il xidmət edən F.Salahov ailəli olub, iki oğlu var. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri