16 
Dek
2017
20:32
436
25
2191
Virtual karabakh

Türkiyədə 39 terrorçu zərərsizləşdirildi

16 Dek, 2017
20:32
2191

Türkiyədə 39 terrorçu zərərsizləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə son 1 həftə keçirilən antiterror əməliyyatlarında PKK-nın 39 terrorçusu zərərsizləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Report "Anadolu" agentliyinə istinadən xəbər verib. 

Qeyd edilir ki, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan əraziləriində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.

Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri xeyli sayda silah-sursat müsadirə ediblər.
Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri