17 
Dek
2017
12:37
346
155
3893
Virtual karabakh

Nazir: Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib

17 Dek, 2017
12:37
3893

Nazir: Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib".

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, bunu bu gün müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y Camalov bunu ötən ilin aprel döyüşlərinin bir daha sübut etdiyini vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri