12 
Fev
2018
11:15
430
16
11563
Virtual karabakh

Cəbhədə düşmənlə döyüş: Erməni maşını yandırıldı – VİDEO

12 Fev, 2018
11:15
11563

Cəbhədə düşmənlə döyüş: Erməni maşını yandırıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 11-də, səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib.

Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

Tərəfimizdən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.

Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili sürətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri