13 
Fev
2018
23:21
741
89
14252
Virtual karabakh

ABŞ Kəşfiyyatı: Qarabağda irimiqyaslı müharibə gözlənilir

13 Fev, 2018
23:21
14252

ABŞ Kəşfiyyatı: Qarabağda irimiqyaslı müharibə gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan arasındakı gərginlik 2018-ci ildə Dağlıq Qarabağda müharibəyə səbəb ola bilər.

Oxu.Az-ın məlumatına görə, bu cür xəbərdarlıqla ABŞ-ın Milli Kəşfiyyat direktoru Daniel Kouts çıxış edib.

“Hazırda Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Azərbaycanla Ermənistan arasında hərbi münaqişəyə çevrilə bilər. Bu münaqişəyə isə, öz regional tərəfdaşını dəstəkləmək məqsədi ilə Rusiya qoşula bilər”.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə “aqressiv və opportunist xarici siyasət” yürüdüləcək.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri