15 
Fev
2018
15:02
507
37
7581
Virtual karabakh

Dilqəm və Şahbaz dəyişdirilə bilər

15 Fev, 2018
15:02
7581

Dilqəm və Şahbaz dəyişdirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan girovluqda olan erməni diversantların gələcək aqibəti ilə bağlı məsələni götür-qoy edir.

Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov açıqlama verib.  

“Onların mübadiləsi ilə bağlı əvvəllər də təkliflər olub. Bu istiqamətdə işləməyə və irəliləməyə  hazırıq”, – deyə İ.Axundov jurnalistlərə bildirib.

Dövlət komissiyasının İşçi qrupunun rəhbəri Azərbaycanın işğal olunmuş torpaqlarında əsir saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun vətənə qaytarılması istiqamətində səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.

“Bu istiqamətdə işlər davam etdirilir. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir”, - deyə rəsmi bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri