15 
Fev
2018
18:16
64
373
3613
Virtual karabakh

Rəsmi Moskva: Qarabağ münaqişəsinin həllini tapacağına ümid var

15 Fev, 2018
18:16
3613

Rəsmi Moskva: Qarabağ münaqişəsinin həllini tapacağına ümid var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq.

Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova cümə axşamı keçirilən rəsmi brifinqdə bildirib.

O, belə bir bəyanatla rəsmi Moskvanın 2018-ci ilin yazında Rusiya, Ermənistan və Azərbaycandakı prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin həllinə ümid edib-etmədiyi barədə sualı cavablandıraraq çıxış edib.

“Bizdə ümid var ki, bu münaqişə həllini tapacaq. Və bildiyiniz kimi, biz, buna böyük diqqət ayırır, ən başlıcası isə - tərəflərin nəzərdə tutuduqlarının reallaşdırılması üzrə işdə fəal iştirak edirik”, - deyə, Rusiya XİN rəsmisi bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri