15 
Mar
2018
17:19
75
730
21952
Virtual karabakh

Ermənistanda Yevlaxa zərbə endirməyə çağırdılar

15 Mar, 2018
17:19
21952

Ermənistanda Yevlaxa zərbə endirməyə çağırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci nəzər nöqtəsi Yevlaxdır, əgər Yevlaxa zərbə endirsək, Azərbaycan sınacaq. Biz buna hazır olmalıyıq. Bundan əlavə, Ermənistan preventiv müharibə metodunu tətbiq edərək bəyan etməlidir ki, əgər təlimlər zamanı tanklar sərhədə beş kilometr yaxınlaşsa, biz zərbə endirəcəyik. Bizim belə hüququmuz var.

Oxu.Az xəbər verir ki, bu barədə “Lraqir” nəşrinə erməni politoloq Levon Şirinyan deyib.

Politoloq qeyd edib ki, əgər müharibə başlasa, dünya ictimaiyyəti Ermənistanın müdafiəsinə qalxmayacaq, Aprel döyüşlərində olduğu kimi.

“Qarabağda amansız olmaq və hər pozuntuda zərbə endirmək lazımdır”.

Şirinyan bildirib ki, əgər Ermənistan hökuməti Rusiya ilə mülayim münasibətləri saxlasa, udacaq:

“Rusiyada bu gün hərbi sənaye sahəsindən başqa digər sahələrdə düşkünlük var. Əgər Putin seçkilərdə qalib gələrsə, Rusiyada daxili ziddiyyətlər artacaq və bu vəziyyətdən ən asan çıxış yolu Qarabağ münaqişəsi olacaq.

Məhz bu kontekstdən irəli gələrək, hesab edirəm ki, KTMT Ermənistan xalqını müdafiə edəcəyini bəyan etsə də, Qarabağın bu zonaya aid edilmədiyini bildirib. Bu isə Azərbaycanı Qarabağda hərbi əməliyyatlara sövq edir. Azərbaycan zirehli texnikanı təlimlərə təsadüfən çıxarmayıb, mən hücum olacağını istisna etmirəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri