19 
Mar
2018
15:11
274
48
4517
Virtual karabakh

Zakir Həsənov hərbi hospitalda olub – FOTO

19 Mar, 2018
15:11
4517

Zakir Həsənov hərbi hospitalda olub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb.

Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Hospitalın kollektivi ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri