20 
Mar
2018
10:08
18
200
9362
Virtual karabakh

MN: Kvadrokopter uşaqların oyunu zamanı ermənilərin əlinə keçib

20 Mar, 2018
10:08
9362

MN: Kvadrokopter uşaqların oyunu zamanı ermənilərin əlinə keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı dünən təmas xəttində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu barədə məlumat və fotoşəkil yayıb.

Müdafiə Nazirliyi isə bildirir ki, həmin kvadrokopter yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri