20 
Mar
2018
17:55
574
60
6637
Virtual karabakh

Hərbi hissələrdə "Açıq qapı" günü keçirilib – FOTO + VİDEO – YENİLƏNİB

20 Mar, 2018
17:55
6637

Hərbi hissələrdə "Açıq qapı" günü keçirilib – FOTO + VİDEO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə onlara məlumat verib.

Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara uğurlar diləyib.   

Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış məşqlərinin keçirilməsi üçün “Atəş şəhərciyi”nin açılışı olub.   

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib, onların texniki vəziyyəti və imkanları ilə maraqlanıb.

Daha sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.

Hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edən valideynlər şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib, Dövlət Başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

11:37

General-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün saat 11.00-dan Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Oxu.Az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri