16 
May
2018
15:48
262
23
3511
Virtual karabakh

Raket-artilleriya bölmələrinin taktiki təlimləri - FOTO

16 May, 2018
15:48
3511

Raket-artilleriya bölmələrinin taktiki təlimləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra edilib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tapşırıqların uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri