18 
May
2018
17:21
419
97
2662
Virtual karabakh

Müdafiə naziri: Azərbaycanın hərbi potensialı Ermənistanı iflasa uğradıb

18 May, 2018
17:21
2662

Müdafiə naziri: Azərbaycanın hərbi potensialı Ermənistanı iflasa uğradıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 18-də birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə “Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri” mövzusunda seminar keçirilib. 

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov seminarda iştirak edən şəxsi heyətlə görüşüb.

Döyüş və mənəvi-psixoloji hazırlıq işinin cari vəziyyəti ilə bağlı geniş təhlil aparan general-polkovnik Z.Həsənov bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir sıra digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Nazir qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb.

Sonra seminarın mövzusu ilə əlaqədar məruzələr dinlənilib, iştirakçılar fikir mübadiləsi aparıb və mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri