23 
May
2018
17:54
268
56
2760
Virtual karabakh

NATO zabitləri Bakıda təlim keçirlər - FOTO + VİDEO

23 May, 2018
17:54
2760

NATO zabitləri Bakıda təlim keçirlər - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.

Təlimdə müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.

Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.

Təlim mayın 25-dək davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri