12 
İyn
2018
12:39
281
10
5934
Virtual karabakh

Raket bölmələri təlimdə - FOTO/VİDEO

12 İyn, 2018
12:39
5934

Raket bölmələri təlimdə - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. 

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.

Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də, mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.

Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

{gallery}

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri