16 
İyn
2018
09:56
632
40
18779
Virtual karabakh

Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

16 İyn, 2018
09:56
18779

Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.

Oxu.Az-ın “AzeriDefence” saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.

Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.

Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.

AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri