16 
İyl
2018
14:55
376
63
9583
Virtual karabakh

Azərbaycanlı politoloqdan Paşinyana sərt cavab: Biz 50 milyonuq

16 İyl, 2018
14:55
9583

Azərbaycanlı politoloqdan Paşinyana sərt cavab: Biz 50 milyonuq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hissi olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan qorxu içindədir, Azərbaycan ordusunun torpaqları işğaldan azad etmək hücumundan açıq-aşkar çəkinir.

Bunu Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib. 

“O bilir ki, növbəti hücum işğal altında illərdir saxladıqları torpaqların daha bir qisminin itirilməsinə səbəb olacaq. Bu onun reytinqinə mənfi təsir edəcək. Ermənistan ordusunun verəcəyi itki seçkiqabağı Paşinyanın mövqelərinə zərbə olacaq”, - politoloq bildirib.

Onun sözlərinə görə, Paşinyan onu da bilir ki, yalnız Ermənistan ordusunun gücü ilə Azərbaycan ordusu ilə bacarmayacaq, ona görə də Azərbaycanı dünyada yaşayan ermənilərlə qorxutmağa çalışır.

“Birincisi, çox az erməni xaricdəki lüks həyatını atıb gəlib Dağlıq Qarabağda can vermək istəyər. Belələri olarsa, onları da terrorçu Monte Melkonyanın taleyi gözləyəcək. İkincisi, Azərbaycana da dəstək verənlərin sayı az olmayacaq”, - E.Şahinoğlu qeyd edib. 

Müsahib vurğulayıb ki, müharibə başlasa, Cənubi Azərbaycandan, Türkiyədən, Pakistandan və Azərbaycana dost olan digər dövlətlərdən Azərbaycanın haqq işinə dəstək verənlərin sayı kifayət qədər olacaq:

“Bunu da Paşinyan bilməlidir. Bütün dünyada ermənilərin sayı uzaqbaşı 7-8 milyondursa, azərbaycanlıların sayı 50 milyounu ötür”.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, lazım gəlsə, bütün dünya erməniləri Azərbaycana cavab zərbəsi endirmək üçün birləşməyə hazırdır. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri