18 
İyl
2018
21:14
303
57
2001
Virtual karabakh

Azərbaycan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək

18 İyl, 2018
21:14
2001

Azərbaycan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Oxu.Az Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək.

Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

“Etibarlı tərəfdaş” hərbi təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri