19 
İyl
2018
16:10
222
45
6471
Virtual karabakh

Atəşkəsin 25-ci payızı: Deputat Qarabağda müharibə ehtimalı barədə

19 İyl, 2018
16:10
6471

Atəşkəsin 25-ci payızı: Deputat Qarabağda müharibə ehtimalı barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Ermənistan arasında atəşin dayandırılması ilə bağlı imzalanmış Bişkek protokolunun 24-cü payızı yaxınlaşmaqdadır. 

Atəşin dayandırılması ilə bağlı Bişkek protokolu Qarabağ müharibəsi zamanı (1992-1994) MDB Parlamentlərarası Assambleyasının, Qırğızıstan parlamentinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin və Federal Məclisin təşəbbüsü ilə imzalanıb.

İmzalanma mərasimi 1994-cü il mayın 5-də Bişkekdə, həmçinin sənəddə bəzi dəyişikliklər 1994-cü il mayın 8-də Bakıda imzalanıb. 

Mayın 12-dən atəşin dayandırılması ilə bağlı sazişə imza atılıb. 

Bu 24 ildə nələr dəyişdi və yeni payızdan yeni nəsə gözləmək olarmı? Bu sualla Oxu.Az-ın əməkdaşı azərbaycanlı parlamentari, politoloq Rasim Musabəyova müraciət edib. 

Onun sözlərinə görə, Kazan görüşünün uğursuzluğundan sonra həll prosesində heç bir irəliləyiş yoxdur. Danışıqlar raundunun gündəliyi müzakirə olunduğu bütün görüşlərdə Ermənistan hər vəchlə məzmunlu addımlar atmaqdan qaçıb, təmas xəttində sabitliyin təmin edilməsi və etibarın artırılması tədbirləri ilə bağlı müzakirələr mövzusuna keçməyə çalışıb. 

“Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə konkret qeyd olunub ki, konstruktiv danışıqlara başlamaq vaxtıdır. 

Bu danışıqların məhsuldar olub-olmaması isə hər gün daha da gərginləşən Ermənistanın daxili siyasi vəziyyətindən asılıdır”, - deputat deyib. 

“Əgər Ermənistan bundan sonra da kompromisə getməkdən boyun qaçırsa, Azərbaycan həlledici addımlar atmalı olacaq. Bu, genişmiqyaslı hərbi qarşıdurma olmayacaq.

Hər şey Azərbaycan prezidenti İlham Əliyevin iyulun 20-nə planlaşdırılan fransalı həmkarı ilə görüşündən, sentyabrın əvvəlində Rusiya prezidenti, ilin sonunda isə Donald Trampla görüşündən asılı olacaq. 

Bu görüşlərdən sonra Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişlərdən danışmaq olar”, - Musabəyov qeyd edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri