21 
İyl
2018
18:53
60
931
17444
Virtual karabakh

Şəhidimiz dəfn olundu

21 İyl, 2018
18:53
17444

Şəhidimiz dəfn olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun şəhid olan əsgəri Səməd Alışov bu gün doğulduğu Qəbələ rayonunda dəfn edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Alışov Səməd Anar oğlu rayonun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Şəhid yaylım atəşi altında dəfn olunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri