Avq
2018
10:59
247
19
24782
Virtual karabakh

Şəhid bacısından Paşinyanın arvadına tutarlı cavab

8 Avq, 2018
10:59
24782

Şəhid bacısından Paşinyanın arvadına tutarlı cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə Bakıya təzyiq göstərməyin vacib olduğunu bildirən Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu gün fərqli açıqlama verib: “Peace...”

“Qadınlar sülh naminə” tədbirində çıxış edən zaman o, azərbaycanlı analara müraciət edib və riyakarcasına bəyan edib ki, Qarabağ münaqişəsinin necə başlaması heç bir əhəmiyyət kəsb etmir:

“Düşünürəm ki, münaqişənin necə başlaması vacib deyil. Əsas olan insan taleyidir, münaqişəyə görə canlarından keçən gənclərin həyatıdır. İstəyirəm ki, bu sözlərim Azərbaycana çatsın”. 

Mesaj ünvanına çatdı... Şəhid bacısının Paşinyanın arvadına cavabı

Oxu.Az-ın redaksiyasına Qarabağ müharibəsində döyüşən iki qardaşın bacısı müraciət edib. 

“Anna Akopyana müraciət etmək istəyirəm. Siz alnından güllə yarası alan üç yaşlı körpəsini əlində tutan ananın acısını təsəvvür edə bilərsiniz? Bilirsiniz ki, Xocalıda qətlə yetirilmiş azərbaycanlı qadın və uşaqların cəsədləri təhqir edilib?

Bununla bağlı videokadrlar, şəkillər var. Əgər Qarabağ münaqişəsinin necə başlamasının vacib olmadığını deyirsinizsə, bu məsələdən xəbərdarsınız. Əlbəttə, bu, sizin üçün vacib deyil. Çünki siz təcavüzkarsınız. Başqasının torpaqlarını işğal etmisiniz. Siz günahsız insanları öldürmüsünüz və öldürməkdə davam edirsiniz. 

Siz sülh deyirsiniz? Torpaqlarımızın hələ də işğal altında olmasını nəzərə alsaq, hansı sülhdən danışmaq olar? Siz 27 il müddətində göz yaşları ilə oyanmanın nə olduğunu bilirsiniz? Xeyr. Amma mən bilirəm.

1992-ci il oktyabrın 18-də erməni işğalçıları Azərbaycanın Qubadlı rayonuna hücuma keçiblər. Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşım Rahim Havar oğlu Alışov erməni gülləsinə tuş gəlib. O, mənim qollarında üç uşağını qoyaraq, vətən uğrunda şəhid olub.

Bu uşaqlar sizi necə bağışlaya bilərlər? “Google”da axtarış verin: “Balaca Zəhranın qətli” və başa düşəcəksiniz ki, sülhdən danışmaq sizin haqqınız deyil. Siz sülhdən danışırsınız, ancaq oğlunuz işğal etdiyiniz və Ermənistan Silahlı Qüvvələrinin vaxtaşırı dinc Azərbaycan kəndlərinə diversiya həyata keçirdiyi Qarabağ bölgəsində xidmət edir.

Qadın böyük qüvvədir. Yarımmistik ifadələr danışmaqdansa, blok yaradılması təşəbbüsü ilə çıxış edin: “Qarabağı qaytaraq və sülh şəraitində yaşayaq”. Əmin edirəm ki, Ermənistanda sizi dəstəkləyəcək çox sayda qadın və əsgər anası var...”

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri